“Eurovision-2017”nin püşkatma tarixi açıqlandı

“Eurovision-2017” beynəlxalq mahnı müsabiqəsinin püşkatma tarixi açıqlanıb.

Püşkatma yanvarın 31-də Ukraynanın paytaxı Kiyevdə keçiriləcək. Həmin gün finalda yarışacaq iştirakçı dövlətlərin çıxış sırası müəyyən ediləcək.

Qeyd edək ki, mahnı müsabiqəsi 2017-ci il mayın 9 və 11-də Kiyevdə keçiriləcək. Bu il Azərbaycanı yarışmada Diana Hacıyeva təmsil edəcək.

Yenicag.az