!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Eurovision-2018”in bütün iştirakçıları və loqosu açıqlandı - Siyahı

!Reklam – Yazi

Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək “Eurovision-2018” mahnı müsabiqəsində 42 ölkə mübarizə aparacaq.

Yenicag.az xəbər verir ki, artıq beynəlxalq müsabiqədə iştirakını təsdiq etmiş ölkələrin siyahısı də bəllidi. Bunlar Avstraliya, Avstriya, Azərbaycan, Albaniya, Almaniya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Yunanıstan, Gürcüstan, Danimarka, İsrail, İslandiya, İspaniya, İrlandiya, İtaliya, Kipr, Latviya, Litva, Malta, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, San Marino, Serbiya, Sloveniya, Ukrayna, Finlandiya, Fransa, Xorvatiya, Çernoqoriya, Çexiya, İsveçrə, İsveç, Estoniya, Ermənistandır.

Müsabiqənin rəsmi saytında dəniz balıqqulağını xatırladan loqotipi və “Hamı göyərtəyə!” adlı rəsmi şüarı da təqdim edilib.

Qeyd edək ki, “Eurovision-2018” mahnı müsabiqəsi 2018-ci ilin mayında Lissabon şəhərində keçiriləcək.

www.yenicag.az

4101
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv