“Eurovision-2018” beynəlxalq mahnı müsabiqəsinin hansı şəhərdə keçiriləcəyi müəyyənləşib.
Yenicag.az xəbər verir ki, bu dəfə sözügedən yarışa ev sahibliyini Portuqaliyanın Lissabon şəhəri edəcək.
Müsabiqənin yarımfinalı 8 və 10 mayda, final isə 12 mayda baş tutacaq.
Qeyd edək ki, 2017-ci ilin mayın 13-də Kiyevdə keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub.