“Eurovision-2019″un ilk finalçıları məlum oldu – FOTO

İsrailin Tel-Əviv şəhərinin “Ekspo Tel-Əviv” arenasında 64-cü “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilib.

Yenicag.az-ın məlumatına görə, beynəlxalq mahnı müsabiqəsinin aparıcıları supermodel Bar Rafaeli, teleaparıcılar Erez Tal, Assi Azar və aktrisa Lüsi Ayub olublar.

Müsabiqəni “Toy” mahnısı ilə “Eurovision-2018″in qalibi Netta Barzilay açıb.

Birinci yarımfinalda 17 ölkənin nümayəndələri çıxış edib: Kipr, Monteneqro, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan, San-Marino.

Birinci yarımfinalda çıxış edənlərdən yalnız 10-u finala yüksələ bilib: Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya.

Qeyd edək ki, ikinci yarımfinal mayın 16-ı, final isə mayın 18-i keçiriləcək. Azərbaycanı təmsil edən Çingiz Mustafayev “Truth” mahnısı ilə mayın 16-sı çıxış edəcək./Trend/