“Eurovision 2021” Beynəxlaq Mahnı Müsabiqəsinin keçiriləcəyi tarix məlum olub.
Yenicag.az“RİA Novosti”yə istinadən xəbər verir ki, müsabiqə gələn il Rotterdamda baş tutacaq.
Mahnı müsabiqəsinin yarımfinalları mayın 18 və 20-də, finalı isə mayın 22-də keçiriləcək.
“Eurovision” Beynəlxalq Musiqi Müsabiqəsinin şərtlərinə görə, bu ilin mahnıları 2021-də təqdim edilə bilməz.
Qeyd edək ki, “Eurovison 2020” Beynəxlaq Musiqi Müsabiqəsi koronavirus pandemiyasına görə bu il təxirə salınıb.