!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Eurovision”da yenilik – Qaydalar tamamilə dəyişdi

!Reklam – Yazi

wer_vertritt_unser_land_in_stockholm_span12“Eurovision” musiqi yarışmasının təşkilatçıları səsvermə qaydalarını kəskin şəkildə dəyişib.

Bu son 40 ildə qeydə alınan ən ciddi dəyişikliklərdir.

Əgər ötən illərdə tamaşaçılar və münsiflərin səsləri toplanaraq bir nəticə kimi təqdim olunurdusa, indi bu səslər ayrı-ayrılıqda hesablanacaq.

Final şousunda ilk olaraq hər ölkənin mili münsifləri təqdim olunacaq. Daha sonra bu üsulla tamaşaçılar SMS yolu ilə səsvermədə iştirak edəcəklər. Tamaşaçıların səsverməsi hesablandığı zaman aparıcı professional münsiflərin qərarlarını açıqlayacaq. Sonra isə tamaşaçı səsverməsini sonuncudan başlayaraq elan ediləcək. Qalib isə şounun lap axırında bilinəcək.

Təşkilatçıların sözlərinə görə, yeni səsvermə sistemi yarışmada intriqanı sona qədər saxlamağa imkan verəcək. Lakin əvvəlki qaydada səsvermənin nəticəsi daha əvvəl bilinirdi.

Qeyd edək ki, `Eurivision-2016` müsabiqəsi İsveçin paytaxtı Stokholmda keçiriləcək.(Azvision)

www.yenicag.az

458
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv