“Eurovizion-2017” müsabiqəsində çıxış edəcəyimiz tarix bəlli oldu

Bu il müsabiqədə 43 ölkə iştirak edəcək.

Ölkəmiz müsabiqənin 1-ci yarımfinalında çıxış edəcək. Azərbaycanla birlikdə mayın 9-da Çernaqoriya, Finlandiya, Gürcüstan, Portuqal, Belçika, İsveç, Albaniya, Azərbaycan, Avstraliya, Kipr, Sloveniya, Ermənistan, Moldova, Çexiya, Latviya, Yunanıstan, İslandiya və Polşa təmsilçiləri çıxış edəcək.

İştirakçıların hansı nömrə altında çıxış etməsini isə təşkilatçılar daha sonra müəyyən edəcək.

Qeyd edək ki, bu il ölkəmizi müsabiqədə Diana Hacıyeva təmsil edəcək.

Yenicag.az