Ev əşyaları ilə birgə yandı – Sabirabadda

Sabirabadda yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, Sabirabad rayonu, Həşimxanlı kəndində ümumi sahəsi 170 m2 olan bir mərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.