“Ev heyvanı üçün yeməyin çox tez-tez dəyişdirilməsi onun sağlamlığına zərər verə bilər”.
Yenicag.az xəbər verir ki, bunu baytar Aleksey Knyazkov “RİA Novosti”yə verdiyi açıqlamada deyib.
O bildirib ki, yemin dəyişdirilməsi ev heyvanında allergiya və qastritə səbəb ola bilər:
“Əgər ev heyvanı təklif olunan yeməyi yaxşı yeyirsə, qusma, qaşınma yoxdursa, həmin yemək hər zaman verilməlidir. Qidanın tez-tez dəyişdirilməsi kataral qastrit, qastroduodenit, kolit, qida allergiyasının inkişafına səbəb ola bilər”.
Mütəxəssis quru və yaş yeməyin müsbət-mənfi cəhətlərini də açıqlayıb:
“Quru qidada daha çox karbohidrat var, heyvanı lazımi miqdarda təmiz su ilə təmin etmək vacibdir, əks halda, uroloji xəstəliklər qaçılmaz olacaq.
Yaş yeməklər daha dadlıdır. Ev heyvanının bədənini su ilə təmin edir. Heyvanlara əməliyyatdan və ya xəstələnəndən sonra yaş yem verilir”.