Ev heyvanlarından ötürülən mikroorqanizmlər insanlara stressə, gərginliyə daha rahat uyğunlaşmağa imkan verir.
Kolorado universitetinin alimləri aydınlaşdırıblar ki, ev heyvanının varlığı və yoxluğu sakinlərin psixi vəziyyətinə birbaşa təsir edir.
Yenicag.az bildirir ki, bu haqda məqalə “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib.
Tədqiqatın gedişatında iştirakçılardan qan və tüpürcək analizləri götürülüb. Məlum olub ki, ev heyvanları ilə yaşayan insanların orqanizminin hər hansı stressə, gərginliyə reaksiyası daha sakitdir, nəinki heyvan saxlamayanların.
Beləliklə, alimlərin fikrincə, ev heyvanlarından insanlara ötürülən mikroorqanizmlər insanları stressə, gərginliyə daha rahat uyğunlaşmağa imkan verir, psixi pozğunluqların və xəstəliklərin inkişaf riskini aşağı salır.
Zaur H.