!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ev işlərinə görə qadına pul ödəmək nə deməkdir?” – Novella Cəfəroğludan deputata SƏRT ETİRAZ

!Reklam – Yazi

“Qadına dəyər verirlərsə, şəhid ailələrinə, şəhid xanımlarına və övladlarına qayğını gücləndirsinlər”.

Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin evdar xanımlara gördükləri ev işləri üçün ödəniş edilməsinə dair təklifinə münasibət bildirən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, deputatlar belə absurd təkliflər verməkdənsə, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlik addım atsınlar:

“Bu, çox absurd yanaşmadır. Ev işlərinə görə qadına pul ödəmək nə deməkdir? Onsuz da əksər ailələrdə bütün işlər təbii şəkildə bölüşdürülür. Kişi ağır işləri görür, qadın da ona aid işlərlə məşğul olur. İndi bu da təzə çıxdı ki, kişi öz xanımına pul ödəməlidir? Bu təklifin qadın hüquqlarının müdafiəsi ilə heç bir əlaqəsi yoxdur, absurd bir şeydir.

Məsələn, bizim ailədə də dediyim kimi olub. Hərə öz işini görüb, bir narazılıq da yaranmayıb. Eləcə də maaşı alanda hər kəs pulu qoyub bir yerə, ailənin ehtiyacları da o pulla təmin olunub.

Qadına dəyər verirlərsə, şəhid ailələrinə, şəhid xanımlarına və övladlarına qayğını gücləndirsinlər. Doğrudur, bu istiqamətdə dövlət bacardığı qədər işlər görür. Amma şəhid ailələri həmişə böyük qayğı ilə əhatə olunmalıdırlar, heç bir ehtiyac görməməlidirlər.

Digər tərəfdən, deputatlar evdar qadınları düşünürlərsə, qoy uşaq pullarının verilməsi haqda qərar qəbul etsinlər. Bu, evdar qadınlara çox böyük dəstək olar”.

A.Zeynalov

www.yenicag.az

992
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv