www.sinerjipro.net

SinerjiProWide
Reklam

4bk45c0a846ea45x7d_800c450Kürdəmir rayonunun Atakişili kəndində yanğın qeydə alınıb.

ARB TV xəbər verir ki, kənd sakini 43 yaşlı Ulduz Qurbanovaya məxsus 1 mərtəbəli, 3 otaq və 1 mətbəxdən ibarət fərdi yaşayış evində güclü yanğın baş verib.

Ümumi sahəsi 108 kvadratmetr olan evin 54 kvadratmetri əşyaları ilə birlikdə yanaraq kül olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Ev sahibi evin mübahisəli olduğuna görə, qəsdən yandırıldığını iddia edir.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 118
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."