!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ev sahibi polisi aldatdı: evimdən 9500 manat oğurlayıblar – FOTO

!Reklam – Yazi

ogurlugAbşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edən Rustəmov İsa Hacı oğlu ona məxsus evdən 9500 manat pulun oğurlandığını bildirib.

Dərhal araşdırmalara başlayan əməliyyatçılar həmin cinayətin törədilməsində şübhəli bilinən 22 yaşlı Sənan Həsən oğlu Bəndəlizadə və İlqar Xaləddin oğlu Bayramovu saxlayıblar. Dindirilərkən hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edib. Sənan Bəndəlizadə İlqar Bayramovla Rusiyada yaşayan dostunun vasitəsi ilə tanış olduğunu bildirib.

O, Rusiyaya getmək üçün İlqarla görüşüb yol pulu istəyəndə İlqar ona oğurluq etməyi təklif edib. Razılığa gələn tanışlar oğurluğa birgə gediblər. Sənan Bəndəlizadə içəriyə tək girib. İlqar isə yolda əraziyə nəzarət edib. Sənan evə daxil olanda əlində qarşısına çıxan adamı vurmaq üçün stul ayağı da götürüb. Bütün evi axtardığını deyən Sənan oradan cəmi 100 manat tapdığını bildirib. Saxlanılan şəxslərin ifadələrindən sonra polis əməkdaşları araşdırma aparıblar.

Sonradan məlum olub ki, ev sahibinin 9500 manatının oğurlanması ilə bağlı iddiası yalnışdır. Zərərçəkən bunu sonradan özü də etiraf edib.

Faktla bağlı Abşeron rayon polis idarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

 

 

Yenicag.Az

www.yenicag.az

813
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv