!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ev tikənlərə çətinlik yaradan BAHALAŞMA: "Qiymət artımı davam edəcək"

!Reklam – Yazi

“Əvvəllər taxtanın kubu 230 manat idisə, bu gün 500 manat civarındadır”.

Bu sözləri tikinti materiallarının qiyməti ilə bağlı mövcud vəziyyəti dəyərləndirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Ekspert vurğulayıb ki, tikinti materiallarının qiymətinin bahalaşması digər sahələrdəki bahalaşma ilə birbaşa əlaqəlidir:

“Məsələn, daş və çınqıl daha çox Şimal bölgəsindən gəlir. Yanacağın qiyməti qalxanda yük maşınlarının xərci də artır və qiymətə təsir edir. Bununla yanaşı, tikinti materialı istehsal edən zavodlar var. Bu zavodlar qaz və ya işıqla işləyir. Bahalaşma olanda zavodun satdığı məhsulların qiymətində də artımın olması qaçılmazdır. Çünki ortada qoyulan xərc və götürülən məbləğ var. Digər xərclərin qarşılanması üçün balans qorunmalıdır.

Ümumilikdə son bir il ərzində tikinti materiallarının qiyməti getdikcə artıb və bu tendensiya davam etməkdədir. Elə məhsullar var ki, qiyməti iki dəfədən çox artıb. Əvvəllər taxtanın kubu 230 manat idisə, bu gün 500 manat civarındadır. Armaturun tonu 700-800 manat idisə, bu gün təxminən 1400-1500 manat təşkil edir. Tikintidə ən çox istifadə olunanlardan biri kərpicdir. İşıq və qazın bahalaşmasından sonra yerli istehsal olan kərpicin qiymətində artım var.

Bu artım tikilməkdə olan binalarda mənzillərin satış qiymətlərini də artırır. Tikinti materialları və kommunal ödənişlərin qiymət artımı daha çox icarəyə verilən kafe, restoran və digər xidmət sahələrinə aid obyektlərin fəaliyyətinə mənfi təsir göstərir. Bu obyektlərdə əsasən işıq və qazdan istifadə olunur. Sözügedən obyektlər qeyri-yaşayış hesab olunur və onlar üçün qiymətlərin daha çox baha olması fonunda ziyana düşməmək üçün xidmət haqqına artım etməyə məcbur olurlar. Təəssüf ki, yaxın gələcəkdə bir çox sahələrdə qiymət artımı baş verəcək”.

Gülşən Şərif

www.yenicag.az

665
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv