Evdə baş verən yanğında üç uşaq ölüb

e84fb52ec96c39e721b9b887d5e86514Rusiyanın Pskov vilayətində fərdi evdə baş verən yanğında üç uşaq ölüb.

Hadisə sentyabrın 30-da gecə Novosokolniki rayonunun Çirki yaşayış məntəqəsində qeydə alınıb.

Birmərtəbəli taxta evdə baş verən yanğından sonra üç azyaşlının meyiti dağıntılar altında aşkar edilib.

Hadisənin səbəbləri araşdırlır.

Sentyabrın 23-də Rusiyanın Omsk vilayətində fərdi evdə baş verən yanğında isə dörd uşaq ölmüşdü.(APA)