Evdə əl qumbarası partladı – Ölənlər var

Rusiyanın paytaxtı Moskva şəhərindəki evlərin birində “F1” əl qumbarasının partlaması nəticəsində üç nəfər ölüb.

Yenicag.az “TASS”a istinadən xəbər verir ki, 14 yaşlı yeniyetmə hadisə yerində, daha bir şəxs təcili yardım avtomobilinə aparılarkən ölüb. Digər, 12 yaşlı uşaq isə xəstəxanada keçinib.

İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb, araşdırma aparılır.