Xəbər verdiyimiz kimi, dünən Füzuli rayonunun Arayatlı kəndində evdə partlayış baş verib.
Yenicag.az xəbər verir ki, hadisə zamanı xəsarət alan Mirzəyev Səfi bu gün vəfat edib.
Qeyd edək ki, hadisə zamanı Mirzəyev Səfi adlı şəxs evdə olub. Oğlu onu yanğından çıxararkən hər ikisi xəsarət alıb. Həkimlərin səylərinə baxmayaraq Mirzəyev Səfinin həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, dünən ümumi sahəsi 208 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində yanğınla nəticələnən partlayış baş vermişdi. Partlayış dalğasının təsirindən otaqların pəncərə çərçivələri dağılmış, yanğın nəticəsində evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 53 m² olan talvar yanmışdı.