Evdə qadın meyiti tapıldı – Bakıda

 

meyittrup-400x2662Bakıda evdə qadın meyiti tapılıb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1943-cü il təvəllüdlü Svetlana Desi qızı Minnətovanın meyitini aşkar ediblər.

Meyit aidiyyəti üzrə təhvil verilib.