Evdə saxlanılan vəhşi heyvan qaçdı – Bakıda

 

a71634326c609dbc0a0da0f43b88a19cBakıda evdə saxlanılan yenot qaçıb.

Hadisə Binəqədi rayonu 9-cu mikrorayon, Mir Cəlal küçəsində baş verib. Sentyabrın 30-da evdən naməlum şəraitdə yoxa çıxan vəhşi heyvanı tapmaq mümkün olmayıb. Heyvanın sahibi onun yoxa çıxması ilə bağlı bildiriş kağızlarını divarlara yapışdırıb.

Bildiriş kağızlarında heyvan sahibinin əlaqə vasitələri qeyd edilib.(lent)