Evdə tək: Cəsədi 4 ay sonra tapıldı

Tənha yaşayan adamın cəsədi öldükdən 4 ay sonra tapılıb.

Yenicag.az xəbər verir ki, hadisə Türkiyənin Kastamonu şəhərində qeydə alınıb.

57 yaşlı Ümit Bektaşın cəsədi evindən tapılıb.

Hadisə yerinə polislər gəldikdən sonra cəsəd incələnib.

Tədqiqat nəticəsində məlum olub ki, Bektaş 4 ay əvvəl vəfat edib.