Bakıda mənzildən pul və qızıl oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə nəticəsində dekabrın 24-də rayon ərazisindəki evlərin birindən 5000 ABŞ dolları və 15 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nigar Hüseynova saxlanılıb.