Evdən 20 minlik qızıl oğurlandı

Abşeronda evdən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, Abşeron rayon Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Qalib Baxşəliyev saxlanılıb.