Evdən 3 kişi meyiti tapıldı

Azərbaycan Respublikasının Baş Prokurorluğu Abşeron rayonunda üç nəfərin dəm qazından zəhərlənərək ölməsi ilə bağlı KİV-lərdən daxil olan sorğuya münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən Yenicag.az-a bildiriblər ki, yanvarın 6-da Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Gülağa Əliyevin, 1966-cı il təvəllüdlü Akif Nərimanovun və 1981-ci il təvəllüdlü Elşən Alışovun kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölmələri müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.