Bakıda 34 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.
Yenicag.az DİN-ə istinadla xəbər verir ki, Səbail rayonu ərazisindəki mənzillərin birindən 34.300 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini G. Əliyeva müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.