Evdən 5 min manat oğurlayan şəxs saxlanıldı

Lerikdə evdən 5 min manat pul oğurlanıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 5 min manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Yaqubov saxlanılıb.