Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Evdən çıxa bilməyən ağır çəkili kişini FHN belə çıxartdı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri ağır çəkili xəstənin xəstəxanaya çatdırılmasına yardım göstərib.

APA TV-nin xəbərinə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsindəki mənzildə xəstə Əziz Əli oğlu Novruzovun çəkisinin ağır olması səbəbindən xəstəxanaya aparılmasında çətinliyin yaranması barədə məlumat daxil olunub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, vətəndaşı birinci mərtəbəyə endirib və aidiyyəti üzrə təhvil veriblər.

Yenicag.az

www.yenicag.az

306