Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Evdən çıxması qadağan edilən 65 yaşdan yuxarı şəxslərlə bağlı VACİB XƏBƏR - RƏSMİ

“Azərbaycanda 65 yaşdan yuxarı vətəndaşların evdən çıxmaması ilə bağlı Operativ Qərargahın təlimatı var. Təcili təxirəsalınmaz hal olmadıqda, onların evdən çıxmasına icazə verilmir. Bu həm onların, həm ətrafdakıların, həm də dövlətin mənafeyinin qorunması deməkdir”.

Yenicag.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov yaşı 65-dən yuxarı olan şəxslərə qoyulan qadağanın yumşaldılıb-yuşmaldılmayacağı ilə bağlı sualı cavablandırarkən deyib.

Qurum rəsmisi həmin insanların risk qrupuna daxil olduqları üçün evdən çıxmamalarının vacib olduğunu bildirib:

“Onların xəstəxanaya düşməsi o deməkdir ki, 15-20 faiz ölümlə nəticələnmək riski var.
Bütün dünya statistikası bunu göstərir ki, yaşı 65-i keçmiş 100 nəfər “COVİD 19″ virusundan xəstəxanaya düşürsə, onun 15-20-i nəfəri dünyasını dəyişir”.

Bununla belə, qurum rəsmisi cavanlara da səslənib. Onların da təhlükədən sığortalanmadığını bildirib və tibbi qaydalara riayət etməyə çağırıb.

Qeyd edək ki, Nabil Seyidov bu sözləri “ATV Qərargah” verilişində deyib.

Cəvahir

Loading...

www.yenicag.az

1660
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100