Evdən kişi meyiti tapıldı

Bakıda evdən kişi meyiti tapılıb.

Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon sakini, 1936-cı il təvəllüdlü Alatorçev İvan İvanoviç tək yaşadığı ünvanda ölü tapılıb. Onun meyitini qonşuları ətrafa yayılan kəskin qoxudan sonra aşkarlayıblar.

İ. İvanoviçin ölüm səbəbi araşdırılır.