Evdən oğurlandığı iddia edilən qadın Bakıda tapıldı – FOTO

Sentyabrın 26-sı evdən oğurlandığı iddia edilən Hüseynova Vüsalə Fərhad qızı Bakıda tapılıb.

Yenicag.az xəbər verir ki, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri ilə qadının yeri paytaxtda rəfiqəsinin yanında olduğu məlum olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində V.Hüseynova Kəpəz rayon Polis İdarəsinə gətirilələrək yaxınlarına təqdim olunub. Bildirək ki, yaxınları Vüsalə Hüseynovanın evdən oğurlandığını iddia edirdi.

Faktla bağlı araşdırmalar davam etdirilir./BAKU.WS/