Evdən oğurluq edən qadın tutuldu

Bakıda evdən oğurluq edən qadın tutulub.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 39-cu Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 8 600 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini S.Qurbanova müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.