Evdən pul və qızıl-zinət əşyaları oğurlayan yeniyetmə saxlanıldı

Bakıda evdən oğurluq edən yeniyetmə saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsindəki evlərin birindən seyfdən 7 500 manat pul və 17 000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.