#Evdəqal həştəqinə bu məşhurlar da qoşuldu – FOTOLAR/VİDEOLAR

Koronavirus epidemiyasının sürətlə yayılmasının qarşısını almaq üçün dünya ölkələri vətəndaşlarını evdə qalmağa səsləyir.

Bu səbəbdən mediada #stayhome, #evdekal, #evdəqal kimi yeni həştəqlər yaranıb.

Yenicag.az xəbər verir ki, yeni yaranan trendə azərbaycanlı məşhurlar da qoşulub. Onlar izləyicilərini evdə qalmağa səsləməklə yanaşı, #əlləriniyu, #təmizəllər kimi həştəqlərdən istifadə edərək bir-birlərini əllərini yuduqları videoları paylaşmağa dəvət ediblər.

Xalq artisti Röya Ayxan trendə ilk qoşulanlar sırasındadır. Onun oğlu ilə evdən paylaşdığı foto sosial şəbəkədə müsbət qarşılanıb.

Aygün Kazımovanın #evdəqal həştəqi ilə xəstəxana palatasından paylaşdığı foto izləyicilərinin narahatlığına səbəb olub.

Müğənni Abbas Bağırov bayırda çəkdirdiyi foto ilə izləyicilərinə “evdə qal” mesajını verib.

Aparıcı Vüsalə Əlizadə və aktyor Fərda Xudaverdiyev isə övladları ilə birlikdə paylaşım edərək izləyicilərini evdən çıxmamağa səsləyiblər.

Nadir Qafarzadə, Xatun, Xatirə İslam, Vasif Məhərrəmli kimi bir çox tanınmışlar isə əllərini yuduqlarını nümayiş etdirən görüntüləri paylaşaraq insanları koronavirusa qalib gəlməyə çağırıblar.

Aslı İsmayılzadə

 

View this post on Instagram

#evdeqal

A post shared by Röya (@royaofficial) on

View this post on Instagram

ÖZÜNÜZDEN MUGAYAT OLUN, EZİZLERİM… 🙏❤🙏

A post shared by AYGÜN KAZIMOVA (@aygun_kazimova) on

COP29