!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Evə silahlı basqın oldu: 1 nəfər güllələndi – Bakıda

!Reklam – Yazi

silah186Bakıda silahlı insident olub.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini Vidadi Quliyev Lənkəran rayon sakini Elşad Kazımovun Sabunçu rayonunun Ləhiş bağlar sahəsindəki kirayədə yaşadığı evinə girib odlu silahdan ona qarın və əl nahiyələrindən atəş açıb. E. Kazımov xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V. Quliyev tutulub.

Hadisə yerinə baxış zamanı, oradan “Makarov” markalı tapança, patron darağı, 2 ədəd patron və 4 ədəd giliz aşkar edilərək götürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.(APA)

www.yenicag.az

476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv