!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Evelin Farkas: “Mәnim valideynlәrim dә qaçqın olublar”

!Reklam – Yazi

89130bcffccc18bf4b7d666b44cf3aea“Birlәşmiş Ştatlar vәziyyәtә nәzarәt edir vә münaqişәlәri beynәlxalq qanunlara uyğun hәll etmək üçün yollar axtarır”

“ABŞ Müdafiә Katibliyi vә hökumәti olaraq hәll olunmamış münaqişәlәr bizi narahat edir”.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan ABŞ müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini, xanım Evelin Farkas deyib.

O bildirib ki, Azәrbaycan, Gürcüstan, Ukrayna və Moldova ilə bağlı mәsәlәlərlә gündәlik mәşğul olur: “Tәəssüf ki, bütün bu münaqişәlәrin ortaq cәhәti var – güc tәtbiqi vә bu vaxtadək effektiv olmayan sәylәr vә fәaliyyәtlәr. Bu istiqamətdə yürütdüyümüz siyasət bizdən strategiya və düşünülmüş yanaşma tələb edir. Birlәşmiş Ştatlar olaraq daim vәziyyәtә nәzarәt edirik vә münaqişәlәri beynәlxalq qanunlara uyğun hәll etmək üçün yollar axtarırıq”.

E. Farkasın sözlərinə görə, Suriyadakı münaqişә vә onun nәticәsindә qaçqınların Avropaya axını göstərir ki, insanlara yaxşı gәlәcәk, hәyat vermәk üçün daha çox səylər göstərilməlidir: “Mәnim valideynlәrim dә qaçqın olublar vә Birlәşmiş Ştatlarda mәskunlaşıblar. Hәr zaman bu mәsәlәni diqqәtdә saxlayırıq”.

Pentaqon rәsmisi Rusiya sülhmәramlılarının Dağlıq Qarabağda yerlәşdirilmәsi mәsәlәsinә dә toxunub: “Rusiya ATƏT-in Minsk qrupu prosesində iştirak edən ölkədir. Bu proses Azәrbaycan vә Ermәnistan hökumәtlәri ilә birlikdә hәyata keçirilir. Belә bir plan olsa, Minsk qrupunun digәr üzvlәri ilә birlikdә şәffaf şәkildә nәzәrdәn keçirilәcәk”.

www.yenicag.az

658
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv