!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Evi yandı – “AtaSığorta” pulu ödəməkdən imtina etdi

!Reklam – Yazi

Azərbaycanda sığorta sahəsində problemlər hələ də qalmaqdadır. Son illərdə bu sahədə müəyyən irəliləyişlər nəzərə çarpsa da, şikayətlər də səngimək bilmir.

Redaksiyamıza Əliyeva İrasə tərəfindən şikayət məktubu daxil olub. O, məktubunda “AtaSığorta” ASC-dən narazı olduğunu bildirib.

Yenicag.az sözügedən məktubu sizə təqdim edir:

“Sizə yazıb məlum edirəm ki, mən ailə vəziyyətimlə əlaqədar olaraq, yəni nəvəm xəstə olduğu üçün 2013-cü ildə Mingəcevir şəhərindən “Ata Bank”ın Göyçay filialından 10000 (on min manat ) kreditə evimi girov qoyub pul götürmüşəm. “AtaSığorta” ASC-də mənim evimi sığorta etmişdi. Mən kreditimi 2016-cı il avqust ayına qədər ödəyirdim. 2016-cı ildə Mingəçevir şəhəri Heydər Əliyev prospekti 30, mən.51-3 (otaqlı) evimdə yanğın baş verdi. Fövqəladə Halların yanğın söndürmə əməkdaşlarının köməyi ilə evim söndürüldü, hətta 3 yanğın söndürən maşının köməyi ilə Mingəçevir şəhər yanğınsöndürmə işçiləri tərəfindən evə baxış keçirildi, evdə əsasən mətbəxdən yanğın başlamışdı. Yanğınsöndürmə idərəsinin inspektoru yanğın baş vermə səbəbini aydınlaşdırdı və elektrik gərginlik çox olduğundan evin naqillərinin tab gətirmədiyi üçün yanğın baş verdiyini dedi. Yanğınsöndürmə idarəsinin baş inspektoru Vüqar müəllim mətbəxə dəyən ümumi ziyanı 5000 AZN (beş min manat) qeydə almışdır. Evlərin də bərbad hala düşməsi aydın idi. Bu halda əvvəl qonşuların iştirakı ilə biz Mingəçevir İcra Hakimiyyətinə binanın işıqlarının nasaz olması haqqda məktub göndərdik. Bizə bununla əlaqədar olaraq işıq idarəsi məşğul olmalıdır dedilər. Məktubun əslini qonşuların imzası ilə birlikdə poçt şöbəsində qəbz vasitəsilə lazımı yerə göndərdik. Heç bir nəticə olmadığı üçün mən xahiş edirəm mənə köməklik göstərəsiniz.

Yanğın baş verəndən sonra bizə məlumat gəldi ki, sizin kreditiniz bağlanılıb. 3 ay ərzində bizi narahat edən olmadı. Biz “Ata” Bankın “AtaSığorta” ASC-yə məlumat verdik. Sığorta idarəsi Gəncə şəhərində yerləşir. Zona üzrə idarəyə, oradan bizim evə “AtaSığorta” ASC-nin işçiləri gəlmişdilər. Çəkiliş etdilər, baxış keçirdilər və dedilər ki, biz bunları, yəni çəkilmiş və yazılan sənədləri mərkəzi “AtaSığorta” ASC-yə göndərmişik və tezliklə sizə məlumat və ya cavab deyəcəklər. Bizə cavab gəldi ki, ev sahibinin səhlənkarlığından evdə yanğın baş verib.

Bəs nəyə görə sual verən yoxdur ki, bütün binanın naqilləri kimi bizimki də eynidir? Elektrik gərginliyi yüksək olduğu üçün naqillər dözməyib. Hətta bəzi qonşuların televizoru, kondisioneri və digər elektrik əşyaları yanmışdı.

İşıqların azalıb-artan zaman biz işıq idarəsinə zəng etdik, gəldilər və dedilər ki, evimizin qabağında (kvartal üçün nəzərdə tutulmuş transformatorun biri yanıb-ona görə o biri 2-ciyə qoşulub).

“Ata sığorta” evi sığorta edəndə gəlib bizim evin naqillərini yoxlamışdır. Bank evi sığorta edən zaman 8000 (səkkiz min manat) pul sığorta etmişdir.

Xahiş edirəm bu məktubu çox diqqətlə oxuyasınız. Cavan həyat yoldaşımı itirmişəm, 4 qız anasıyam, heç bir köməyim yoxdur. Mənə hörmət olaraq lazımı qanunu yolla nə kömək lazımdır etməyinizi xahiş edirəm.

İmza: Əliyeva İrasə Miryusif qızı”

Mövzunu diqqətdə saxlayacağıq.

edirik.

 

www.yenicag.az

4887
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv