Evin damı uçdu – Ailənin 4 üzvü öldü

245603Təbrizdə güclü yağış fərdi evin damının uçmasına səbəb olub, nəticədə bir ailənin 4 üzvü ölüb.

Hadisə dünən axşam baş verib.

Hadisə nəticəsində ailə başçısı, onun həyat yoldaşı, habelə 5 və 1 yaşlı övladları ölüb. Ölən uşaqların ikisi də oğlandır.

Hadisəyə səbəb kimi evin tikintisi zamanı istifadə olunan keyfiyyətsiz materialların güclü yağışa tab gətirməməsi göstərilir.(APA)