Evin damına meteorit düşdü

Yaponiyanın Komaki şəhərində yaşayış evinin üzərinə meteorit qırıntıları düşüb.

Yenicag.az xasrici mətbuata istinadən xəbər verir ki, evin damına düşən daş parçası 3 yerə parçalanıb. Belə ki, güclü zərbə səsi eşidən sakinlər evin yanında 4, 5 və 10 santimetr olan üç daş tapıblar. Daşlar ekspertizaya göndərilib. Aparılan araşdırmalar nəticəsində bunun meteorit olduğu müəyyənləşib.

Qeyd edək ki, bir müddət əvvəl Niderlanda da yaşı 4,5 milyard il olan meteorit düşüb.