Evində çətənə əkən şəxs tutuldu – Fotolar

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat həyata keçirilib.

DİN-dən Yenicag.az-a verilən xəbərə görə, Bakı şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən Xəzər rayon sakini Breus Vadim Vladimiroviç saxlanılıb.

Onun Binə qəsəbəsində yerləşən mənzilinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman xüsusi qulluq edilərək yetişdirilən 54 ədəd ümumi çəkisi 5 kiloqram 168 qram olan çətənə bitkisi, 177,295 qram qurudulmuş və 150 qram qurudulmamış marixuana aşkar olunaraq götürülüb. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

V.Breus ifadəsində narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün əkdiyini, onlara xüsusi qulluq edərək yetişdirdiyini ertiraf edib. Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

COP29