!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Evində narkotik bitki becərirdi, həbs olundu

!Reklam – Yazi

Qaxda yaşadığı evdə aqrotexniki qaydada narkotik bitki becərən keçmiş məhkum saxlanılıb.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Yenicag.az-ın şimal-qərb bürosuna verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Qax şəhər sakini, 38 yaşlı Kamil İsmayılov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 33 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı K.İsmayılov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

www.yenicag.az

6054
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv