Bu gün mərhum aktyor Elçin Həmidovun doğum günüdür.
Sənət dostu, əməkdar artist Novruz Qartal uzun illər Musiqili Komediya Teatrında bərabər çalışdığı E.Həmidovla bağlı heç yerdə demədiyi faktları Yenicağ.az-a açıqlayıb:
“Rəhmətlik xəstəliyinin ağır olduğunu bilirdi, amma səhhətinə səhlənkar yanaşırdı. İranda festivalda olanda vəziyyəti qəfildən ağırlaşdı. Təcili yardım maşını ilə xəstəxanaya apardıq. Orada həkim dedi ki, altı aydan bir gəlib yoxlanmalı, müalicə olunmalısan. Həkim dedi ki, əgər müalicə olunmasan, elə oturduğun yerdə öləcəksən. Getmədi. “Hərənin öz ulduzu” tamaşasında oynamalı idi, gəlib çıxmadı. Getdim evlərinə, qapı bağlı idi. Ora-bura zəng etdik. Gəlib gördülər ki, dünyasını dəyişib. Nəsillikcə tez vəfat edirdilər. Heç ailə də qurmadı. Heç olmasa, yadigarı qalardı. Gözəl insan və yaxşı dost idi, sənətini çox sevirdi. Dünən gecə yuxuma girmişdi, elə bil heç ölməyib. Ayıldım ki, yoxdur. Yaxşı ki, oynadığı tamaşalar yadigar qaldı”.
Cəvahir