!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Evində silah-sursat və 4 xəncər tapıldı - FOTO

!Reklam – Yazi

Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədi ilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, nəticədə Nardaran qəsəbəsi sakini əvvəllər məhkum olunmuş Rəşad Xudaverdiyev saxlanılıb.

Onun qəsəbə ərazisində yerləşən evinin həyətində axtarış aparılan zaman 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 1 ədəd idman tapançası və 4 ədəd xəncər aşkar edilərək götürülüb. Götürülən silah və xəncərlər qablaşdırılaraq ekspertizaya göndərilib.

Faktla bağlı R.Xudaverdiyev barəsində 42-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

www.yenicag.az

4192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv