“Evindəkilər acdılar və ya toxdular, xəbərləri yoxdu” – Sərxandan Yaşar Nuri ilə bağlı gözlənilməz AÇIQLAMA

“İndikilər bilməz! Yaşar atam, 10 ildir yoxsan, sizlərə şikayətim olacaq. Vaxtsız getməyiniz bir çox sənət adamlarını böyüksüz, öksüz qoydu. Kötüklər getdi, qalmışıq çör-çöp əlində”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış şoumen Sərxan Kərəmoğlu açıqlamasında deyib.

Kərəmoğlu mərhum aktyorla videosunu və ona ünvanladığı fikirlərini sosial şəbəkə hesabında paylaşıb:

“Sizə şikayətim var. Şantaj və bədən satanlarla qalmışıq baş-başa. İndi sənətdən başqa hər şey var. 10 ildə çox şeylər dəyişdi, yəqin xəbərin var. O yaşadığın binanın qarşısında səni görmək üçün dayananlar, indi heç o binanı xatırlamır. Evinə gəlib səninlə həmsöhbət olmaq istəyənlər, o evdəkilər acdılar və ya toxdular, heç xəbərləri yoxdur. Rəhimə xanım deyəndə 10 dənə də ağzının qırağından Rəhimələr tökülənlərdən soruşsan, “Rəhimə kimin adıdır”, – deyə səndən sorarlar.

Çox şey dəyişdi ata, sən mənim həm mənəvi atam, həm də dostum idin. Soruşsan ki, bəs sən niyə heç məni ziyarət etmirsən? Cavabım budur Yaşar ata… Sən mənim üçün onsuz da ölməmisən ki, sənin məzarını ziyarət edəm. Gəldiyim o evə gedə bilmərəm mən. Gedərəm, birdən məni qarşılamazsan, bax o vaxtı sarsılaram və sənin yoxluğunu hiss edərəm.
Bu günə qədər ən sevdiyim sənət dostlarımın məzarını ziyarətə getmədim. Bilirəm, bəlkə düz deyil, amma hər adamın öz həqiqətləri var”.

Cəvahir