Evini yandıran 80 yaşlı qadın ölüb

yangin esas edfvgtfy70Göyçay rayonunda evini yandıran qadın dünyasını dəyişib.

Fevralın 7-də Göyçay şəhərində yaşayış evində baş verən yanğın zamanı ev sahibi, 1935-ci il təvəllüdlü Ziba İbadova yanıq xəsarət alıb.

Ruhi xəstə olan və mənzildə tək yaşayan Z. İbadova müalicə üçün Bakı şəhərinə aparılıb. O, bu gün xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, şəhərin Natavan küçəsində yerləşən ümumi sahəsi 1890 kv.m olan ikimərtəbəli 48 mənzilli binada baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay və Ucar rayon yanğından mühafizə hissələrinin 3 maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı mənzilin 72 kv.m-lik hissəsi yanıb, qonşu mənzillər yanğından mühafizə olunub. Ev sahibi və binada yaşayan 30 nəfər təxliyyə olunub.

Məlumata görə, 80 yaşlı qadın zibilləri evin ortasına toplayaraq yandırıb və bu səbəbdən də mənzil yanıb. Faktla bağlı araşdırma aparılır.