!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Evlənmək istəyən 301 nəfərdə talassemiya aşkarlanıb

!Reklam – Yazi

2017-ci ilin aprel ayında nikaha daxil olmaq istəyən 9653 nəfər tibbi müayinədən keçirilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin aprel ayının sonuna qədər müayinədən 268 174 nəfər keçib. Aprel ayı ərzində isə 9 653 nəfər müayinədən keçib.

1 iyun 2015-ci il – 30 aprel 2017-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. Cari ilin aprel ayı ərzində müayinədən keçmiş 301 nəfərdə talassemiya daşıyıcılığı, 40 nəfərdə sifilis, 7 nəfərdə isə QİÇS aşkar olunub.(azvision)

Yeniçağ.az

www.yenicag.az

659
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv