!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Evlənmək istəyən 9892 nəfərdə talassemiya tapılıb

!Reklam – Yazi

evlenmek“Əhalinin profilaktik müayinələri bu il də davam etdirilib. Müayinə olunmuş əhalinin 3,3 faizində ilkin xəstəliklər aşkar olunub, 1,47 faizi dispanser nəzarətə alınıb, 7,32 faizi sağlamlaşdırılıb və 0,8 faizi hospitalizasiya olunub”.

Bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov kollegiya iclasında çıxışı zamanı deyib. O bildirib ki, uşaqların icbari dispanserizasiyası proqramı çərçivəsində 2016-cı ildə uşaqların 81,5 faizdən çoxu müayinələrə cəlb olunub.

G. Poladov qeyd edib ki, tibbi müayinədən keçirilmiş uşaqların 5,2 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 1 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub: “Respublika Talassemiya Mərkəzində talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunması hesabına son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb. Hazırda 2800-dən artıq xəstə bu mərkəzdə daimi müalicə alır. Son illərdə Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatına başlanılıb. Bu günə qədər artıq Azərbaycanda 42 uşağa, o cümlədən 30 talassemiyalı, 12 onkohematoloji xəstəyə sümük iliyi köçürülüb. Bu xəstələrdən ən kiçiyinin 2, ən böyüyünün 19 yaşı olub”.

Şöbə müdiri əlavə edib ki, nikaha daxil olunanların tibbi müayinəsi talassemiyanın profilaktikası baxımından çox böyük əhəmiyyət kəsb edir: “Belə ki, ötən ilin iyun ayından artıq 230 minə yaxın insanın qan nümunəsi müayinə olunub. Onların arasında 9892 talassemiya daşıyıcısı, 147 qazanılmış immun çatışmazlığı sindromu, 828 sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında 80 xəstə cütlük aşkar edilib. Bunlara lazımı tibbi-genetik məsləhətlər və sonrakı müayinələr haqqında ətraflı məlumat verilib”.

 

Yenicag.az

www.yenicag.az

587
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv