Ailə qurarkən psixoloji testin keçirilməsi vacibdir.
Yenicag.az xəbər verir ki, bu barədə bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
“Biz nikahın xitamı ilə bağlı təhlillər apardıq. Kifayət qədər məsələlər ortaya çıxdı. Mütləq şəkildə ailə quracaq şəxslərin psixoloji testdən keçirilməsi vacibdir. Ailə qurarkən veriləcək testlər siyahısına bu, əlavə edilməlidir. Sonradan məişət zorakılığı, uşağın atılması kimi halların baş verməməsi üçün bu addım atılmalıdır”,- deyə B.Muradova bildirib.