Türkiyənin məşhur müğənnisi Tuğba Özerk evli DJ Özgür Adıgüzel ilə görüntülənib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, həddən artıq alkoqol qəbul etmiş Tuğba Özerk əvvəlcə gülsatanlarla dalaşıb, daha sonra isə jurnalistlərin onları çəkdiyini görərək özündən çıxıb. Sərxoş müğənni jurnalistləri görərək özünü itirib və onlara pul təklif edib. Rüşvət təklifi vəziyyəti daha da gərginləşdirib. Evli kişi ilə sərxoş halda tutulan Tuğba Özerk pulu götürməyən jurnalistləri söyməyə başlayıb.