İndoneziyada yaşayan Arya Premana 190,5 kilo olması ilə diqqət çəkmişdi.
Yenicag.az xəbər verir ki, 12 yaşlı uşaq ötən ilə nisbətən xeyli arıqlayıb.
İl ərzndə 83 kilo çəki atan Premana görənləri təəccübləndirib. Gün ərzində beş dəfə yemək yeyən azyaşlı indi düyü, balıq, ət və tərəvəz supu ilə qidalanır.
Qeyd edək ki, paytaxt Cakarta sakini olan Premana ötən ilki çəkisinə görə dünyanın ən ağırçəkili insanı hesab olunurdu.