Əvvəl “cəza evi”, indi isə BAĞÇA: Yeni qərar hansı nəticələri doğuracaq? – RƏY

“Bağça müəllimlərinin sertifikasiyadan keçirilməsi dövlət və özəl bağçaları arasında rəqabəti artıracaq”.

Bunu Azərbaycanda bağça müəllimlərinin sertifikatlaşdırmadan keçməsininin hansı nəticələri doğuracağını şərh edərkən təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

O, yeni qərarın dövlət və özəl bağçalarda rəqabəti artıracağını bildirib:

“Məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tərkibinə daxil edildiyini nəzərə alsaq, bağça müəllimlərinin imtahanla sertifikasiyası mütləq şəkildə olmalıdır. Çünki son ilə kimi dövlət bağçalarından kifayət qədər şikayətlər var idi.

Şikayətlər, əsasən, müəllimlərin uşaqlarla yaxşı davranmaması, onlara müəyyən bilik və bacarıqların öyrədilməməsi ilə bağlı idi. Çünki əvvəl bağçalar Elm və Təhsil Nazirliyinin tərkibində olmayanda bəzi “müəllimlər” işə saxta yollarla götürülürdü.

İndiki şəraitdə işə götürülərkən müəllimlərin həm bilik və bacarıqlarının yoxlanılması, həm də mütəmadi olaraq sertifikasiyada iştirak etməsi dövlət bağçalarının inkişafında özünü doğruldacaq. Bağça müəllimlərinin sertifikasiyadan keçirilməsi özəl və dövlət bağçaları arasında rəqabəti artıracaq. Bu da bağçalarda həm müəllimlərin, həm də orada təhsil alanların səviyyəsinin qalxmasında öz rolunu göstərəcək”.

Sadiq Cavadov

COP29