“Əvvəldən qərarımız belə idi ki…” – Aytəkindən verilişinin bağlanmsı xəbərinə REAKSİYA

Aparıcı Aytəkin Mərdanovanın “Xəzər TV”də yayımlanan “Bağ havası” verilişinin yayımı dayandırılıb.

Yenicag.az-a açıqlama verən aparıcı verilişin bağlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib:

“Veriliş bağlandı deyə bir şey yoxdur. Çünki rəhbərlikdən olsa, yenə də o verilişi davam etdirərdi. Biz, əslində, keçən il o verilişə başlayanda yay fəsli üçün nəzərdə tutmuşduq. Çünki bağa insanlar yayda gedir. Sadəcə olaraq tamaşaçı rəğbəti qazandığı, baxıldığı üçün vaxtı uzadıldı. Qış mövsümündə də çəkilişlər etdik.

Sadəcə olaraq hamılıqla qərar verdik ki, layihəni dayandıraq. Çünki qışda, qarda, boranda bağda olmaq bizim üçün çətin idi. İnşallah, yeni mövsümdə yenilik etmək istədik, yeni bir verilişlə izləyicilərin qarşısına çıxacağıq”.

Cəvahir